Folha de S.Paulo-nun məlumatına görə, Braziliya və Hindistan texnoloji tərəfdaşlıq barədə saziş imzalamağı planlaşdırır.
Saziş iki ölkənin Qərb şirkətlərindən asılılığını azaltmağa imkan verəcək.
Braziliya Prezidenti Lula da Silva fevralın 18-dən 22-dək Hindistana rəsmi səfər edəcək. O, AI Impact Summit sammitinin ikinci iclasında iştirak edərək tərəfdaşlığın gələcək perspektivlərini müzakirə edəcək. Danışıqların gündəliyinə həmçinin müstəqil ödəniş sistemlərinin, mikroçiplərin və məlumat mübadiləsi mexanizmlərinin yaradılması məsələləri də daxildir.
Mövsüm,
AzNews.az