Zelenski: “Rusiya üzərində təzyiqin gücü — sanksiya təzyiqidir”

17 Fevral 2026 15:07 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə baş tutan Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə danışıqların ilk günündə Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndiriləcəyini bəyan edib.

Zelenski Telegram kanalında yazıb: «Rusiya üzərində təzyiqin gücü — sanksiya təzyiqidir».

O, həmçinin Ukrayna ordusunun və hava hücumundan müdafiə sistemlərinin (HHM/PVO) davamlı və operativ dəstəklənməsinin vacibliyini vurğulayıb.

Mövsüm,

AzNews.az