Allahşükür Paşazadə: “...Dağlıq Qarabağ da nəzərə alınmalıdır“

17 Sentyabr 2013 14:33 (UTC+04:00)
Azərbaycanın sərhədləri nəzərdə tutulanda Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar da hesablanmalıdır.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran Sərhəd Polisinin nümayəndə heyəti ilə görüşündə bildirib.

A.Paşazadə deyib. "Xahiş edirəm ki, siz Azərbaycanın sərhədləri deyəndə, düşünəndə Qarabağ, işğal olunmuş torpaqları da hesablayasınız. Oranın da Azərbaycan torpaqları olduğunu daim nəzərə alasınız".

Şeyxülislam qeyd edib ki, İranla Azərbaycan arasında əlaqələr, xüsusilə də din sahəsində hər zaman yaxşı olub: "İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin az müddət əvvəl ölkəyə gəlməsinə baxmayaraq xeyli işlər görüb".

QMİ sədri İranın yeni seçilmiş Prezidenti Həsən Ruhani ilə xoş münasibətlərindən bəhs edib, İran Prezidenti ilə son görüşünün xeyli məhsuldar keçdiyini vurğulayıb: "İran həm iqtisadi, həm də mənəvi cəhətdən inkişaf edir".

AzNews.az