Növbəti köç karvanı Ağdama çatıb, evlərin açarları təqdim edilib

17 Fevral 2026 16:32 (UTC+04:00)

Ağdam şəhərinin 2-ci yaşayış kompleksinin 6-cı məhəlləsinə sakinlərin qayıdışı təmin edilib.

Aznews.az xəbər verir ki, bu mərhələdə şəhərə 119 ailə, ümumilikdə 417 nəfər keçmiş məcburi köçkün qayıdıb.

Evlərin açarları sakinlərə təqdim edilib.

Bununla da Ağdam şəhərində məskunlaşan ailələrin sayı 222-yə, sakinlərin sayı isə 820 nəfərə çatıb.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşayışın bərpası mərhələli şəkildə davam etdirilir.