ABŞ və İran arasında qarşılıqlı bəyanatlar davam edir.
İran dövlət televiziyası IRIB-in məlumatına görə, Cenevrədə İran və ABŞ nümayəndə heyətlərinin danışıqlarının ikinci raunduna start verildiyi saatlarda İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehrandakı iqamətgahında xalqa müraciət edib.
Xamenei ABŞ Prezidenti Donald Trampın son çıxışlarından birində “Amerika 47 ildir ki, İslam Respublikasını aradan qaldıra bilməyib” ifadəsini işlətdiyini xatırladaraq bildirib: “Sanki öz xalqına şikayət edir. Bu, yaxşı etirafdır. Mən də deyirəm ki, sən bunu bacarmayacaqsan”.
Trampın “Ordumuz dünyanın ən güclü ordusudur” sözlərinə münasibət bildirən Xamenei deyib ki, dünyanın ən güclü ordusu belə elə zərbə ala bilər ki, ayağa qalxa bilməz.
“Bir təyyarədaşıyıcıdan daha təhlükəli olan, onu dənizin dibinə göndərə biləcək silahdır”, – deyə o əlavə edib.
Mövsüm,
AzNews.az