Dünya çempionatının ilk günündə gümüş medal

17 Sentyabr 2013 14:44 (UTC+04:00)

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında dünya çempionatı start götürüb. Turnirin çempionatın ilk günündə sərbəst güləş üzrə 55, 66, və 96 kq çəki dərəcəsində güləşçilər mübarizə aparıb.

55 kq-da mübarizə aparan Yaşar Əliyev 1/16 finalda Bexbayar Erdenebatla (Monqolustan) mübarizədən məğlub ayrılıb və mübarizəni erkən dayandırıb.

66 kq-da yarışan Ağahüseyn Mustafayev də 1/32 finalda Hayslan Qarsiyaya (Kanada) uduzub.

96 kq çəkidə mübarizə aparan Xetaq Qazyumov isə finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Argentina, Polşa, Qırğızıstan və Rusiya güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz finalda İranlı Reza Yezdani ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə yığmamız ilk günü bir gümüş medalla başa vurub. (idmantv.az)