Yağan güclü qar və yağışlar nəticəsində Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda qaya uçqunu baş verib.
Aznews.az xəbər verir ki, hadisə nəticəsində Zərnətün körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.