Dövlət Agentliyinin sədri: "İxrac zamanı təkrar sınaq tələbi aradan qalxır"

17 Fevral 2026 17:56 (UTC+04:00)

Azərbaycanda akkreditasiya sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ixrac zamanı məhsulların təkrar sınaq və kalibrlənmə tələbinin aradan qalxmasına imkan yaradır.

Aznews.az xəbər verir ki, Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) ISO/IEC 17011:2017 beynəlxalq standartına uyğunlaşdırılması, Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) tamhüquqlu üzv qəbul edilməsi nəticəsində Mərkəzin akkreditasiya etdiyi laboratoriyaların təqdim etdiyi sınaq və kalibrləmə nəticələri ILAC-a üzv olan 140-a yaxın ölkədə tanınır.

"Bu mexanizm ixracatçıların xərclərini və vaxt itkisini azaldır, yerli istehsalçıların beynəlxalq bazarlarda xarici şirkətlərlə bərabər şərtlərlə rəqabət aparmasına şərait yaradır və qlobal bazara çıxışı asanlaşdırır", - deyə Dövlət Agentliyinin sədri qeyd edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.