Takaiçi Sanae yenidən Yaponiyanın baş naziridir

18 Fevral 2026 12:26 (UTC+04:00)

Yaponiyada keçirilən növbədənkənar ümumi seçkilərdən sonra parlamentdə baş tutan səsvermədə hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Takaiçi Sanae ölkənin 105-ci baş naziri seçilib. O, bu vəzifəyə ikinci dəfə gətirilib.

354 səslə yenidən vəzifəyə

Kyodo agentliyinin məlumatına görə, 8 fevralda keçirilən erkən seçkilərdən sonra 465 yerlik parlament yeni baş naziri müəyyənləşdirmək üçün toplanıb.

Səsvermədə Takaiçi 464 səsdən 354-nü qazanaraq yenidən hökumət başçısı olub. Ana müxalifətdəki Mərkəzçi İslahat Alyansının (CRA) lideri Oqava Junya isə 50 səs toplayıb.

Erkən seçkilərdə mandat sayını 198-dən 316-ya yüksəldən LDP parlamentdə üçdə iki çoxluq demək olan 310 yer həddini aşaraq güclü mövqe əldə edib. Bu üstünlük qanun layihələrinin qəbul edilməsi və konstitusiya dəyişiklikləri prosesinin başlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Mövsüm,

AzNews.az