ABŞ-ın Kolorado ştatında faciəvi qəza baş verib.
Qum fırtınası görünürlüyü azaldıb və 30-dan çox nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəzaya səbəb olub.
Kolorado polisinin açıqlamasına görə, qəza yerli vaxtla təxminən saat 10:00-da Pueblo şəhəri yaxınlığındakı I-25 yolunda baş verib.
Bölgəni təsir edən qum fırtınası görünürlüyü demək olar ki, sıfıra endirib və yük maşınları, mikroavtobuslar və minik avtomobilləri də daxil olmaqla 30-dan çox nəqliyyat vasitəsinin toqquşmasına səbəb olub.
Zəncirvari toqquşma nəticəsində bəzi nəqliyyat vasitələri yoldan çıxıb. Məlumatdan sonra hadisə yerinə çoxsaylı polis və tibb qrupları göndərilib.
Mövsüm,
AzNews.az