18 fevral 2026-cı il tarixində Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb.
Aznews.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilir ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb:
"Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Hadisə ilə bağlı məktəblinin valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Qeyd edirik ki, xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır. İctimaiyyətdən aparılan araşdırmanı nəzərə alaraq məsələyə həssas yanaşılması və hadisə ilə bağlı yalnız rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün 2008-ci il təvəllüdlü Elmin Kasumov Mingəçevirdə oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb. Hadisə Mingəçevir şəhər 3 saylı şəhər orta məktəbdə baş verib. O, müxtəlif bədən xəsarətləri alıb./trend