Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi bir vaxtda diplomatik səylər də paralel şəkildə sürdürülür. Bununla yanaşı, Kiyev Moskvanın müttəfiqlərinə qarşı sanksiya siyasətini genişləndirir.
Lukaşenkoya sanksiya qərarı
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım edərək, Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya paketinin tətbiqinə başladıqlarını açıqlayıb.
Zelenski bildirib ki, sanksiyaların beynəlxalq səviyyəyə çıxarılması üçün tərəfdaş ölkələrlə iş davam etdiriləcək.
Onun sözlərinə görə, 3 mindən artıq Belarus müəssisəsi Rusiyanın müharibə fəaliyyətinə cəlb olunub və “kritik əhəmiyyətli” kimi qiymətləndirilən avadanlıq, texnika və komponentlərin tədarükünü həyata keçirir.
Məsələnin beynəlxalq müstəvidə necə inkişaf edəcəyi diqqətlə izlənilir.
Mövsüm,
AzNews.az