Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında nəqliyyat və tranzit məsələləri üzrə daimi əlaqələndirmə mexanizminin yaradılması məqsədəuyğundur.
Aznews.az xəbər verir ki, bu təkliflə Tacikistan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin sosial məsələlər, miqrasiya və ictimai rəyin öyrənilməsi üzrə təhlil idarəsinin rəisi Baxtiyor Həmdanov "Qlobal qeyri-sabitlik şəraitində C6-nın regional təhlükəsizliyi" adlı panel sessiyasında çıxış edib.
Onun sözlərinə görə, Mərkəzi Asiya Avrasiyanın ürəyi kimi qəbul edilə bilər, Azərbaycan isə regionun iqtisadi potensialının beynəlxalq bazarlara çıxışını təmin edən Avrasiya materikinin əsas arteriyasıdır.
B.Həmdanov vurğulayıb ki, bu baxımdan, perspektivli əməkdaşlıq istiqamətlərindən biri Azərbaycanın liman və dəmir yolu infrastrukturuna investisiya qoyuluşudur.
O qeyd edib ki, razılaşdırılmış strategiyanın hazırlanması Mərkəzi Asiya ölkələri və Azərbaycanın rəqib kimi deyil, vahid nəqliyyat sisteminin bir-birini tamamlayan elementləri kimi çıxış etməsin imkan verəcək.