Azərbaycan ötən il İndoneziyadan smartfon idxalını kəskin artırıb

18 Fevral 2026 16:40 (UTC+04:00)

Ötən il Azərbaycana xaricdən 457,3 milyon ABŞ dolları dəyərində 1 milyon 344 min 329 ədəd smartfon gətirilib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 4 % çox, kəmiyyət olaraq – 11 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 359,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 7 % çox) 1 milyon 81 min 425 ədəd (-10 %), Vyetnamdan 89,3 milyon ABŞ dolları dəyərində (+13 %) 247 min 866 ədəd (+8 %), Hindistandan 8,5 milyon ABŞ dolları dəyərində (-57 %) 14 min 133 ədəd (-81 %), İndoneziyadan 168,3 min ABŞ dolları dəyərində (+4 dəfə) 606 ədəd (+3 dəfə), Malayziyadan 37,4 min ABŞ dolları dəyərində (+42 %) 29 ədəd (+71 %) cihaz alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 1,5 milyon ədəd smartfonun 79,5 %-i Çinin payına düşüb.