"Xankəndi"nin məşqçilər korpusunda yeni təyinat olub

18 Fevral 2026 16:58 (UTC+04:00)

"Xankəndi"nin məşqçilər korpusunda yeni təyinat olub.

Aznews.az xəbər verir ki, Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Elçin Sadıqov bölgə təmsilçisinin qapıçılar üzrə məşqçisi təyin edilib. 36 yaşlı mütəxəssis 2020–2025-ci illərdə "Səbail"in müxtəlif yaş qruplarında çalışıb.

UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan E.Sadıqovun son iş yeri 2025-ci ildə qapıçı-məşqçi vəzifəsində fəaliyyət göstərdiyi "Şəfa" klubu olub.