Fuad Poladov yenə baş rolda

17 Sentyabr 2013 17:59 (UTC+04:00)
Akademik Milli Dram Teatrı primyeraya hazırlaşır. Bu dəfə teatr dramaturq Əli Əmirlinin pyesi əsasında hazırlanmış "Şah Qacar" tamaşasını təqdim edəcək.

Tamaşa sentyabrın 21-də təqdim olunacağı planlaşdırılıb.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Azərpaşa Nemətov, musiqisi isə Səyavuş Kərimidir.

Baş rolda xalq artisti Fuad Poladov, Laləzar Mustafayeva, Sabir Məmmədov, Aslan Şirinov, Məmməd Səfa, Vidadi Həsənov və başqaları oynayacaq.

Bahar Rüstəmli
AzNews.az