2025-ci ildə muxtar respublikada 9634 nəfərin müraciətinə baxılıb.
Aznews.az xəbər verir ki, bunu fevralın 18-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasında muxtar respublikanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva illik məruzəsində açıqlayıb qeyd edib.
Ombudsman çıxışında bildirib ki, rəhbərlik etdiyi institut muxtar respublikada məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi dövlət–vətəndaş münasibətlərinin tənzimlənməsində və formalaşdırılmasında mühüm rol oynayır.
G.Rzayeva qeyd edib ki, 2025-ci il ərzində Ombudsman tərəfindən keçirilən kollektiv və fərdi qəbullar, açıq görüşlər, başçəkmə və monitorinqlər, aksiyalar və digər tədbirlərdə ümumilikdə 9634 nəfər iştirak edib və onların müraciətinə baxılıb.