Bakıda mənzildən 30 min manatlıq qızıl-zinət oğurlamaqda təqsirləndirilən şəxs həbs olunub

18 Fevral 2026 17:42 (UTC+04:00)

Bakının Yasamal rayonu ərazisində mənzildən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Aznews.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər həmin binadakı başqa mənzildən oğurluq etdiyinə görə məhkum olunmuş 27 yaşlı Emin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarından birinə satdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.