Peru Konqresində keçirilən səsvermənin nəticəsinə əsasən, vəzifəsindən uzaqlaşdırılan Xose Xerinin (Jose Jeri) yerinə sol yönümlü deputat Xose Mariya Balkasar (Jose Maria Balcazar) ölkənin yeni müvəqqəti dövlət başçısı seçilib.
Peruda vətəndaşlar dünən vəzifədən kənarlaşdırılan Xerini əvəz edəcək müvəqqəti prezidentin müəyyənləşdirilməsi üçün səsvermədə iştirak ediblər. Paytaxt Limada Konqresin iclasında keçirilən səsvermədə yekun nəticə açıqlanıb.
Siyasi partiyalar arasında ən çox səs toplayan 80 yaşlı solçu siyasətçi Balkasar 28 iyuladək ölkənin müvəqqəti prezidenti kimi fəaliyyət göstərəcək.
Bununla da Balkasar son 10 ildə Peru dövlət başçısı postunu tutan doqquzuncu şəxs olub. Ölkədə siyasi partiyalar iyul ayında keçiriləcək prezident seçkiləri ərəfəsində seçki kampaniyalarına start veriblər.
Mövsüm
Aznews.az