İsrail hökuməti, İordan çayının qərb sahilində yerləşən işğal altındakı Qərbi Şəriya bölgəsində illərdir davam edən işğalını rəsmi şəkildə leqallaşdıran qərarı təsdiqləyib.
Bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərara əsasən, 1967-ci ildən sonra ilk dəfə Tel-Əviv rəhbərliyi bölgədə İsrail və İsrail vətəndaşları üçün “torpaq qeydiyyat prosesini” başlayacaq.
Qərarla həmçinin İsrail, beynəlxalq hüquqa zidd olaraq işğal altındakı Qərbi Şəriyada xüsusi mülkiyyət olmayan torpaqları “dövlət torpağı”na çevirəcək.
Mövsüm,
AzNews.az