Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Azad Sabir oğlu Cəlilovin nəşinin qalıqları Ucar rayonunun Alpout kəndində aliləsinə təhvil verilib.
Şəhidlə vida mərasimində Ucar rayon İcra Hakimiyyətinin rəhbərliyi, kənd sakinləri, şəhid ailələri, qazilər və şəhidin ailə üzvləri iştirak edib.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşinin qalıqları Alpout kənd qəbiristanlığında dəfn olunub.
Şəhid Azad Sabir oğlu Cəlilov 1975- ci ildə Ucar rayonunun Alpout kəndində anadan olub. 1994-cü ildə Kəlbəcər rayonunun Bağırlı kəndinin Murovdağ silsiləsində itkin düşüb.
Aznews.az