İtkin düşən Şahin Kərimovun qalıqları Mingəçevirdə dəfn edilib - FOTO

19 Fevral 2026 15:54 (UTC+04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən hərbçi Kərimov Şahin Heydər oğlunun nəşinin qalıqları Mingəçevir şəhərində ailəsinə təhvil verilib.

Aznews.az xəbər verir ki, şəhidlə vida mərasimi keçirildikdən sonra qalıqlar Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və səhər sakinləri iştirak edib.

Yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun doğmalarına təhvil verilib.

Qeyd edək ki, 1972-ci ildə Mingəçevir şəhərində anadan olan Kərimov Şahin Heydər oğlu 1993-cü ildə Kəlbəcər rayonu, Murovdağ silsiləsində gedən döyüşlərdə itkin düşüb.