Avropa Komissiyası İranla bağlı ABŞ-a xəbərdarlıq etdi

19 Fevral 2026 17:19 (UTC+04:00)

Avropa Komissiyası ABŞ-ın İrana qarşı hərbi əməliyyatı halında ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə Avropa Komissiyasının sözçüsü Ənvər əl-Anuni Brüsseldə keçirilən brifinqdə bildirib.

"İran ətrafındakı vəziyyətin uzunmüddətli həlli yalnız dinc yolla mümkündür", - deyə o bildirib. Yayım AŞ-nin saytında canlı yayımlanıb .

Nümayəndə həmçinin qeyd edib ki, hərbi eskalasiya bütün regionun təhlükəsizliyi üçün ağır nəticələrə səbəb olacaq. Hazırda Avropa Komissiyası ABŞ və İran arasında danışıqları dəstəkləyir və bütün tərəfləri eskalasiyadan çəkinməyə çağırır.

Mövsüm,

AzNews.az