Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari polisə çağırılıb

19 Fevral 2026 19:58 (UTC+04:00)

Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari Polis İdarəsinə dəvət olunub.

Aznews.az xəbər verir ki, onlar bu gün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə çağırılıblar. Hazırda onların ifadələri alınır.

Xatırladaq ki, ötən gün Kənan Mahmudovla Orxan Saffari arasında sosial şəbəkədə mübahisə yaranıb. Buna səbəb Orxan Saffarinin Kənan Mahmudov barəsində paylaşdığı tənqidi yazı olub. Bundan sonra Kənan Mahmudov yazıçının haqqında təhqiramiz ifadələr işlədib.

xxx

Rejissor Kənan Mahmudov (Kənan MM) və yazıçı Orxan Saffari arasında barışıq əldə olunub.

Bu barədə Orxan Saffari bildirib.

O, “xoşagəlməz məsələnin polislərin iştirakı ilə sonlandığını” qeyd edib./APA

AzNews.az