Azərbaycan 7 milyardlıq yardım layihəsində iştirak etmir - Hikmət Hacıyevdən açıqlama

19 Fevral 2026 22:36 (UTC+04:00)

Bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, "Sülh Şurası"nın bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, gələcəkdə Azərbaycan tərəfindən “Sülh Şurası” vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər.

"Azərbaycan təsisçi üzv dövlət kimi “Sülh Şurası”nın məqsəd və məramlarını dəstəkləyir", - Hikmət Hacıyev vurğulayıb.

AzNews.az