Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi ilə vida mərasimi keçirildi

20 Fevral 2026 11:12 (UTC+04:00)

Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub.

1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.