İranda hərbi təlim təyyarəsi qəzaya uğradı: bir pilot həlak oldu

20 Fevral 2026 12:26 (UTC+04:00)

İranın Həmədan əyalətində İran Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Hadisə ilə bağlı Həmədan əyalətində yerləşən Şəhid Nuje Hərbi Hava Bazası-nın ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Açıqlamada bildirilib ki, İran Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi axşam saatlarında qəzaya düşüb. Nəticədə pilotlardan biri həlak olub, digəri isə xilas edilib.

Qəzanın səbəblərinin araşdırılması üçün istintaq başladıldığı qeyd olunub.

Mövsüm,

AzNews.az