İndiyə qədər Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 4,3 milyon manat ƏDV məbləği geri qaytarılıb.
Aznews.az xəbər verir ki, bunun 0,2 milyon manatı bu ilin yanvar ayının payına düşüb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur.
Xatırladaq ki, ötən ay Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 19,7 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Yanvarda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 0,7 milyon manat təşkil edib.