Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 132 min ABŞ dolları dəyərində 3 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
Aznews.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq 45 % azdır.
Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Yanvarda Gürcüstan xarici ölkələrə 403 min ABŞ dolları dəyərində 48,5 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 57 % və 2,3 % azdır.
Hesabat dövründə Gürcüstan Ermənistana 142,8 min ABŞ dolları dəyərində 10,6 ton, Suriyaya 81,2 min ABŞ dolları dəyərində 31,7 ton, Türkiyəyə 39,1 min ABŞ dolları dəyərində 2,7 ton, Birləşmiş Ərəb Əmirliklərinə 7,2 min ABŞ dolları dəyərində 0,4 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 9,45 milyon ABŞ dolları dəyərində 618 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,6 milyon ABŞ dolları dəyərində 115 tonu Azərbaycanın payına düşüb.