Azərbaycan 2025-ci ildə 3 milyon 566,28 min ABŞ dolları dəyərində 5 min 406,53 ton "Premium Euro-95" markalı benzin ixrac edib.
Aznews.az xəbər verir ki, Qeyd olunan həcmin 1 min 210,28 tonu Ermənistana tədarük edilib. Tədarükün dəyəri 788,8 min ABŞ dolları təşkil edib.
İxracın əsas həcmi isə Gürcüstanın payına düşüb. Bu ölkəyə 2 milyon 777,48 min ABŞ dolları dəyərində 4 min 196,25 ton benzin tədarük edilib.
2024-cü ildə Azərbaycan "Premium Euro-95" markalı benzin ixrac etməyib.