Ötən il Azərbaycanda 3170 əkiz, 117 üçəm doğulub

20 Fevral 2026 16:44 (UTC+04:00)

Ötən il Azərbaycanda 3170 əkiz, 117 üçəm doğulub.

Aznews.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-ci il yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Qeyd olunub ki, doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları olub.

"2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95875 doğulan körpə qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb".