Bu ilin yanvar ayında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 316,1 milyon manat təşkil edib.
Aznews.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 84,1 %-i qeyri-dövlət sektorunun payına düşüb, 67,4 %-i isə əhali sektoruna aid olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.