Donald Tramp: İrana məhdud hücum etməyi düşünürəm

20 Fevral 2026 20:36 (UTC+04:00)

ABŞ ilə İran arasında davam edən gərginlik Yaxın Şərqi narahat etməyə davam edir.

İki ölkə arasında aparılan danışıqlar müsbət nəticələrlə yekunlaşsa da, ABŞ bölgəyə hərbi qüvvə və texnika yerləşdirməyi davam etdirir.

Hadisələrin gedişi yaxından izlənilərkən, Donald Trump yeni açıqlama verib.

“MƏHDUD HÜCUMU NƏZƏRDƏN KEÇİRİRƏM”

Trump jurnalistin “İran razılaşmaya getməzsə, məhdud hərbi müdaxilə düşünürsünüzmü?” sualına cavab olaraq belə deyib:

“İrana qarşı məhdud bir hücumu nəzərdən keçirdiyimi deyə bilərəm”.

Mövsüm,

AzNews.az