Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanan incəsənət məktəblərinin I–II sinifləri üçün "Balaca pianoçu" adlı dərs vəsaiti çapdan çıxıb.
AzNews.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında yeni nəşrin təqdimatı keçirilib.
Bildirilib ki, fortepiano ixtisası üzrə uzun illər istifadə olunan vəsait 1955-ci ildə çap edilib və müasir pedaqoji tələblərə cavab vermirdi.
"Balaca pianoçu" kitabının milli düşüncə və yeni bəstəkarlıq nümunələri əsasında hazırlandığı vurğulanıb.