"İranda son etirazlar zamanı 200 zabit ölüb"

21 Fevral 2026 12:01 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi sosial media platforması X-də ölkəsində son etirazların qurbanları ilə bağlı açıqlama yayıb.

Aznews.az xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət orqanları təxminən 200 zabit də daxil olmaqla 3117 nəfərin öldüyünü açıqlayıb.