Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 318,1 min sərnişin daşınıb.
Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 15,1 min sərnişin və ya 5 % çoxdur.
2026-cı ildə hava yolu ilə sərnişin daşımalarının 99,9 % dövlət, 0,1 % isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 28,2 % və ya 9,5 min ton azalaraq 24,2 min ton olub.
Qeyd edək ki, 2026-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 0,1 %-i hava yolu ilə daşınıb.