Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 40-a yaxın fakt müəyyən edilib

21 Fevral 2026 19:46 (UTC+04:00)

Azərbaycanda fevralın 20-də narkotiklərlə əlaqəli 39 fakt müəyyən edilib.

Aznews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.