Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib

21 Fevral 2026 20:08 (UTC+04:00)

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.

Aznews.az xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.

Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.

Ağ fiqurlarla çıxış edən M.Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.

Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, hazırda digər görüşlər davam edir.