“Müsəlman qardaşlar”ın rəsmi nümayəndəsi həbs olundu

17 Sentyabr 2013 20:30 (UTC+04:00)
Misir polisi "Müsəlman qardaşlar"ın ən fəal üzvü, hərəkatın rəsmi nümayəndəsi Cihad əl-Həddadı həbs edib.


APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Qahirənin şərqindəki mənzillərin birində gizlənən əl-Həddadla birlikdə Kəlübiyyə əyalətinin qubernatoru da daxil olmaqla hərəkatın digər 3 yüksək vəzifəli nümayəndəsi saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Misirdə "Müsəlman qardaşlar"ın dini lideri Məhəmməd Badia, onun 2 müavini və hərəkatın onlarla yüksək vəzifəli nümayəndəsi həbs olunmuşdu.

AzNews.az