Azərbaycanda tikinti materiallarının istehsalı 39 %-dən çox artıb

21 Fevral 2026 20:54 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dəyəri 117,8 milyon manat təşkil edib.

Aznews.az xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 39,3 % çoxdur.

Məlumata görə, ay ərzində ölkədə asfalt istehsalı 2,1 dəfə artaraq 5,2 min tona, tikinti əhənginin istehsalı isə 40 % artaraq 2,8 min tona çatıb.

Hesabat dövründə betondan yığma tikinti konstruksiyalarının istehsalında 4,9 min kubmetr (+28,9 %), sement klinkerlərinin istehsalında isə 395,5 min ton (+13,7 %) qeydə alınıb.

Bu müddət ərzində tikinti şüşəsinin istehsalı 8,3 % artaraq , 843,6 min kvadratmetrə çatıb.

Eyni zamanada gips məmulatlarının istehsalı 75,7 % azalaraq 1,7 min ton, tikinti gipsinin istehsalı isə 85,1 % azalaraq 1000 ton təşkil edib.

Bu ilin yanvar ayında sement və betondan hazırlanan kərpiclərin, habelə oxşar məmulatların istehsalı 63 % azalaraq 4,4 tona düşüb.

Hesabat dövründə tikinti kərpiclərinin istehsalında 40,8 min kubmetr (- 20,2 %), hazır beton istehsalında isə 281 min ton (- 20,9 %) müşahidə olunub.