Erməni nazirin etirafı: “...Rusiyasız olduqca çətin olacaq”

17 Sentyabr 2013 20:03 (UTC+04:00)
"Ermənistanın qonşularında vaxtıykən olan müdafiə imkanları tədricən hücum imkanına çevrilir. Bu baxımdan Ermənistanın təhlükəsizliyinin təmin olunması Rusiyasız olduqca çətin olacaq".

APA-nın "Novosti Armenii" saytına istinadən verdiyi xəbərə görə, bunu sentyabrın 17-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan Yerevanda Slavyan universitetinin tələbələri ilə görüşündə bəyan edib.

"Bu məsələdə tək Azərbaycan olsaydı, problem olmazdı, lakin burada Türkiyə də var" deyə Ohanyan əlavə edib.

Onun sözlərinə görə, 2010-cu ildə bağlanmış müqaviləyə əsasən, Rusiya Ermənistanın təhlükəsizliyinin tam təmin olunması ilə bağlı öz üzərinə öhdəlik götürüb.

Azərbaycanla hərbi əməliyyatların başlanması ehtimalına toxunan erməni nazir deyib ki, danışıqlar prosesinin dialoq və qarşılıqlı anlaşma əsasında qurulmasının vacibliyini qeyd edib.

Ohayanın iddiasına görə, güzəştlər qarşılıqlı olmalıdır.

AzNews.az