Qızıl medal qazanan Azərbaycan gimnastı: Avropa çempionatında da yaxşı nəticə qazanmağa çalışacağam

22 Fevral 2026 14:57 (UTC+04:00)

Bakıdakı Dünya Kubokunda qızıl medal qazanan Azərbaycan gimnastı Mixail Malkin Avropa çempionatında da yaxşı nəticə qazanmağa çalışacaq.

Aznews.az xəbər verir ki, idmançı bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Tamblinqçi turnirdə birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb: "Bu, mənim cari ildəki ilk yarışım idi. Ötən ilə yaxşı başlamamışdım deyə, bu il çox yaxşı hazırlaşmışdım. Bir az mental problemlərim var idi. Hazırda bununla mübarizə aparıram. Özümü topladım, bu gün yaxşı çıxış etdim və qızıl medal qazandım. Bir aydan sonra Avropa çempionatına qatılacağıq. O yarışda da yaxşı çıxış etməyə çalışacağam".

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün başa çatacaq.