Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB

22 Fevral 2026 15:09 (UTC+04:00)

Azərbaycan batutçuları Bakıda keçirilən Dünya Kubokunda daha bir medal qazanıblar.

Aznews.az xəbər verir ki, Selcan Mahsudova - Şəfiqə Hümbətova sinxron proqramda üçüncü yeri tutublar.

Beləliklə, gimnastlar bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl Selcan Mahsudova gümüş medal qazanıb.