Məleykə Əsədova 20 mərtəbəli gəmiylə səyahətə çıxdı

17 Sentyabr 2013 21:10 (UTC+04:00)
Xalq artisti Məleykə Əsədova yay mövsümündə Yaponiyada istirahət edib.

Bu barədə Axşam.az saytının müxbirilə söhbətində aktrisanın özü bildirib:

"Adalarda istirahət etməyi çox sevirəm. Bu yay isə indiyədək olmadığım Yaponiyaya getdim. 15 gün ərzində 20 mərtəbəli gəmi ilə Sinqapur, Tayvan, Vyetnamı səyahətə çıxdım. Qızım hər zaman Hindistanda olmağı arzulayıb. Amma mən oranı sevmirəm. Sinqapurda Hindistan şəhərciyinə getdik".

M.Əsədovanın sözlərinə görə, səyahət etdiyi ölkələrdən çoxlu geyimlər alıb:

"Vaxtımın xeyli hissəsini alış-verişə həsr etdim. Çoxlu geyim və suvenirlər aldım".