Naxçıvanda XI siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib

22 Fevral 2026 16:50 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fevralın 22-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.

Aznews.az xəbər verir ki, monitorinqdə 4 minə yaxın şagird iştirak edib.

Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlər tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.