Almaniya ateistlər ölkəsinə çevrilir?

17 Sentyabr 2013 21:40 (UTC+04:00)
Almaniyada əhalinin 38,8%-i heç bir dini icmanın üzvü deyil.

Bu fakt AFR-də iki il qabaq əhali siyahıya alınması zamanı məlum olub.

Statistika qurumunun işçisi Manfred Şerşinskinin sözlərinə görə, Almaniya sakinlərinin 30,3%-i Yevangelist kilsəsinin təmsilçisidir, 30,8%-i isə katolikdir. Şerşinskinin sözlərinə görə, almanların 38,8%-i isə qeydiyyata alınmış heç bir dini icmanın təmsilçisi deyil. Bu, Almaniyada yaşayan 81 milyon adamın 31 milyonudur.(anspress)

AzNews.az