Trampın iqamətgahının ərazisinə girən silahlı şəxs zərərsizləşdirilib

22 Fevral 2026 18:25 (UTC+04:00)

ABŞ Məxfi Xidməti səhər saatlarında Donald Trampın Floridadakı iqamətgahı - Mar-a-Laqo ərazisinə qanunsuz daxil olan silahlı şəxsi zərərsizləşdirib.

Aznews.az xəbər verir ki, hadisə barədə Məxfi Xidmətin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Xidmətin məlumatına görə, həmin şəxs Mar-a-Laqo malikanəsinin şimal darvazası yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq bidonu ilə görülüb. Hadisə yerinə agentlər və Palm-Biç dairəsinin şerif müavini gəlib.

Qeyd olunub ki, Tramp hazırda Vaşinqtondadır.