Pakistan qüvvələri Əfqanıstanda 80-dən çox terrorçunu məhv edib

22 Fevral 2026 20:02 (UTC+04:00)

Pakistan gecə saatlarında həyata keçirdiyi hava zərbələri nəticəsində Əfqanıstanda 80-dən çox qiyamçını zərərsizləşdirib.

Aznews.az xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbələr məlumat yayıb.

"Kəşfiyyat məlumatları əsasında Əfqanıstanın üç əyalətində - Nanqarhar, Paktika və Xostda qiyamçıların yeddi baza mərkəzi məhv edilib və 80-dən çox silahlı zərərsizləşdirilib", - məlumatda qeyd olunub.