Kim Çen In yenidən Əmək Partiyasının baş katibi seçildi

23 Fevral 2026 11:02 (UTC+04:00)

Şimali Koreya paytaxtı Pxenyanda keçirilən Koreya Əmək Partiyasının IX qurultayında ölkə lideri Kim Çen In partiyanın baş katibi vəzifəsinə yenidən seçilib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Agentliyin məlumatına görə, dövlət və xalqın başında sosializm işini qələbəyə aparacaq məsul vəzifəni tutan partiya rəhbərinin seçilməsi partiyanın rəhbərlik gücü və ölkənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

KCNA qeyd edib ki, qurultay nümayəndələri Kim Çen Inın partiyanın ali vəzifəsinə yenidən seçilməsi təklifini tam dəstəkləyərək yekdilliklə təsdiqləyiblər.

Mövsüm,

AzNews.az