Abbas Əraqçi: “Biz iranlıyıq və təslim olmuruq”

23 Fevral 2026 11:51 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti *Donald Trump*ın İranın niyə hələ də təslim olmadığını sorğulayan açıqlamasına cavab verib.Əraqçi bildirib ki, onlar iranlıdırlar və heç vaxt təslim olmayacaqlar.

Orta Şərqdə müharibə ehtimalı artır

Orta Şərqdə gərginlik gündən-günə yüksəlir, müharibə ehtimalı daha aydın hiss olunur. ABŞ-ın İrana qarşı hərbi müdaxilə etməsi üçün demək olar ki, bütün şərtlərin formalaşdığı bildirilir. Tərəflərdən qarşılıqlı bəyanatlar ard-arda gəlir.

Əraqçidən sosial mediada cavab

Bu çərçivədə Abbas Əraqçi, ABŞ Prezidentinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoffun açıqlamalarına sosial media hesabından reaksiya verib. O, İran xəritəsinin bayraqla örtüldüyü görüntünü paylaşaraq, “Niyə təslim olmadığımızı soruşursunuz? Çünki biz iranlıyıq” ifadəsini işlədib.

ABŞ tərəfinin mövqeyi

Steve Vitkoff ABŞ mətbuatına verdiyi müsahibədə, ABŞ-ın bölgədə hərbi mövcudluğunu artırmasına baxmayaraq, İranın geri addım atmadığını qeyd edib. O vurğulayıb ki, Prezident Tramp İranın güclü təzyiq və bölgədəki ABŞ donanmasına baxmayaraq, Vaşinqtona “nüvə silahı istəmirik” mesajı ilə konkret addım atmamasını sual altına alır.

Vitkoff əlavə edib: “Təslim olmaq ifadəsini işlətmək istəmirəm, lakin Tramp İranın niyə hələ də təslim olmadığını düşünür.”

Mövsüm,

AzNews.az